ADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) aqronomluq ixtisası üzrə təhsil alan bir qrup tələbəsi “AGRODAİRY” MMC-nin Hacıqabul Təlim Mərkəzində təlimdə iştirak edirlər.

"Payızlıq buğdanın inkişaf fazalarından asılı olaraq mineral gübrələrin verilməsi normaları və vaxtları" adlı ilk təlim həm mərkəzdə, həm də buğda sahəsində baş tutub.

Təlimin məqsədi Dənli bitkilərdə (buğda və arpa) yüksək və keyfiyyətli məhsul əldə edilməsində bitkinin inkişaf fazaları, mineral gübrələrin rolu, gübrələrin verilmə normaları və vaxtları barədə yeni innovativ bilik və bacarıqlar əldə edilməsi və bu sahədə "Agro DAİRY"inin təcrübəsinin bölüşülməsidir.

Qeyd edək ki, 5-6 sessiyadan ibarət olacaq təlimin sonunda iştirakçılara sertifikatlar təqdim olunacaq. Təlim müddətində tələbələrin nəqliyyat və digər xərcləri şirkət tərəfindən qarşılanacaq.

ADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublarADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublarADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublarADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublarADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublarADAU tələbələri Hacıqabul Təlim Mərkəzində olublar