ADAU tələbələri Elnarə Şahbazova və Pərviz Səmədovun layihələri də Gənclər Fondunun Qrant Müsabiqəsində qalib oldu

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

Qrant Müsabiqəsində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri Elnarə Şahbazova “Təbiətin bir parçası-mən” və Pərviz Səmədov “Təmiz Aran” ekoloji layihələri ilə qalib oldu.


ADAU tələbələri Elnarə Şahbazova və Pərviz Səmədovun layihələri də Gənclər Fondunun Qrant Müsabiqəsində qalib oldu