ADAU “The AD Scientific Index”in 2022-ci il üzrə açıqlanan nəticələrinə əsasən Respublika Universitetləri arasında II sıraya yüksəlib

“Google Scholar” platformasının əsas indeks göstəriciləri olan H-İndeksi, i10 İndeksi və istinad sayılarını əsas alaraq son beş ildə dünyada elm adamlarının səmərəlilik əmsallarını ölçən ilk və yeganə araşdırma olan “The AD Scientific Index”in 2023-cü il üzrə “World Scientist and University Rankings” nəticələrini açıqlayıb.

Azərbaycan Respublikası üzrə 26 universitetdən 560 tədqiqatçının adı elmmetrik göstəriciləri 2023-cü il üçün AD Scientific Index tərəfindən açıqlanan nəticələrdə yer alıb.

Azərbaycan Dövlət Aqrar Universiteti professor-müəllim heyyətindən 87 əməkdaşın bu siyahıda yer alması ilə respublika üzrə ikinci yerdə qərarlaşıb. Aşağıda respublika üzrə sözügedən siyahıda əməkdaşlarının sayına görə ilk 5 universitetin adları qeyd olunub.

Azərbaycan Dövlət İqtisad Universiteti – 136 əməkdaş
Azərbaycan Dövlət Aqrar Universiteti - 87 əməkdaş
Bakı Dövlət Universiteti – 80 əməkdaş
Azərbaycan Milli Elmlər Akademiyası – 64 əməkdaş
Bakı Mühəndislik Universiteti – 27 əməkdaş

Qeyd edək ki, “Google Scholar” patformasında universitetin əməkdaşları üçün profillərin yaradılması prosesinə 2022-ci ilin fevral ayından başlanıb.

QEYD 1: “The AD Scientific Index”ində yer alan ADAU-nun əməkdaşıları barədə ətraflı məlumat almaq üçün aşağıdakı linkə daxil ola bilərsiniz.
https://www.adscientificindex.com/?university=Az%C9%99rbaycan+D%C3%B6vl%C9%99t+Aqrar+Universiteti

QEYD 2: Google scholar platformasında qeydiyyatdan keçmək istəyən şəxslər aşağıdakı linkə daxil olaraq ətraflı məlumat ala bilər.
https://youtu.be/uoHKhVOWjOw

ADAU “The AD Scientific Index”in 2022-ci il üzrə açıqlanan nəticələrinə əsasən Respublika Universitetləri arasında II sıraya yüksəlib