ADAU-nun uğurlu məzunu: Çinarə Nəsibova

Çinarə Nəsibova 1991-ci ildə Gəncədə anadan olub. 2008-2012-ci illərdə Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqrar İqtisadiyyat fakültəsinin bakalavr, 2012-2015-də eyni ixtisas üzrə magistratura pilləsini bitirib. 2015-2020-ci illərdə doktoranturanı başa vurub, növbəti ildə müdafiəyə hazırlaşıb. 2018-ci ildə Almaniyada 6 aylıq PRAXX vasitəsilə praktika keçib. Həmin müddətdə də elə həmin müəssisədə işləyib. Sonradan menecer, baş menecer, indi də bu ilin fevralından şirkətin rəhbəri olaraq fəaliyyət göstərir. Çinarə bu günlərdə məzunu olduğu təhsil müəssisəsində olub, rektorla görüşüb, Mətbuat və ictimaiyyətlə əlaqə şöbəsində Almaniyadakı fəaliyyəti barədə danışıb.

- Çinarə, ilk olaraq Almaniyadakı fəaliyyət istiqamətləriniz haqqında danışın.

- Əsas fəaliyyət istiqamətim elə eyni, aqrar sahənin istehsalatı və idarə edilməsidir. Yəni biz orada həm istehsalatla məşğul oluruq, həm də onun idarə edilməsi ilə.

- Avropa təhsili ilə ölkəmizdəki təhsil: nəyi dəyişmək, fərqli görmək istərdiniz?

- Əsas təhsil sahəsində, ən böyük fərq odur ki, uşaqlara praktikada, yəni təcrübədə, çox böyük şanslar yaradırlar. Tələbələr təhsil müddətində təcrübə keçmək üçün çox yaxşı müəssisələrə göndərilir, bunun üzərində çox güclü dayanılır. Məsələn, bizdə tələbələri təcrübəyə göndərsələr belə sonra onun nəticəsi ilə çox vaxt maraqlanmırlar. Amma Almaniyada təcrübə keçilən yerdən gələn hər bir sertifikat, xasiyyətnamə universiteti bitirmək üçün çox böyük əhəmiyyət kəsb edir. Bizdə isə ona demək olar ki, baxılmır. Mən özüm də burada təcrübədə olmuşam. Təcrübədən yazdığım kurs işi oxunub, amma o qədər də əhəmiyyət kəsb etməyib. Bir də deyirəm orada təcrübənin çox böyük əhəmiyyəti var. Praktikadan aldığımız qiymətləndirmə, universitetdən aldığımız xasiyyətnamə böyük əhəmiyyət kəsb edir. Biz, eləcə də digər tələbələr təcrübəyə göndərilmişik. Göndərildiyimiz şirkətin fəaliyyət istiqaməti kənd təsərrüfatı məhsullarının istehsalından ibarətdir. İstixana təsərrüfatları var, açıq sahə təsərrüfatı var. Sırf aqrar sahəni əhatə edir.

- Həm istixana, həm də 30 hektar açıq sahə.

- Orada fəaliyyətin nədən ibarətdir?

- Mən müəssisəyə daxil olduqdan sonra müəssisədə menecer yeri stabil deyildi. Menecerimiz yaxşı fəaliyyət göstərmədiyi üçün ora işçi axtarmaq məcburiyyətində idilər. Və mənə o işi verdilər. Praktikant və qız olduğum üçün bir az ehtiyatla yanaşırdılar ki, idarəetmədə pis ola bilərəm. Mənə əvvəlcə təklif etdilər ki, sən praktikantları idarə elə, yəni onlar gördülər ki, mənim idarəçiliyə marağım var. Birinci mənə digər ölkələrdən gələn praktikantların idarəsini verdilər. Sonra gördülər orda idarəçilikdə yaxşıyam, mənə ümumi istixananın və işçilərin idarəçiliyini verdilər. Bundan sonra rəhbərim təklif elədi ki, bizim bir proqram var, istixana təsərrüfatınınn elektron idarə edilməsi proqramı bu Privadır. Ən böyük istixanaların elektron idarə edilməsidir. Bakıda hal-hazırda bütün təsərrüfatlar bu proqramla işləyir. Dedilər sənə 17 həftə vaxt verilir, bu müddət ərzində bu proqramı öyrənsən, biz səni ofisə keçiririk. Dediyim kimi mən əvvəl təsərrüfatda işləyirdim. Mən bacardığım edəcəyimi bildirdim. Holland dilində olduğu üçün mən onu ingilis dilinə tərcümə elətdirdim, ingilis dilində o proqramı öyrəndim, sertifikatı alandan sonra məni keçirdilər ofisə.

- İş mühiti necədir?

- Orada iş mühiti çox dəqiqdir. Əgər bir alman şirkətində işləyirsinizsə, sizə 8 saatlıq əmək haqqı ödənirsə, 8 saatın hamısını ona iş olaraq geri qaytarmalısınız. Bu birinci şərtdir və dəqiqlikdən irəli gəlir. Əgər siz işə 2 dəqiqə gecikirsinizsə, sizin maaşınızdan avtomatik 2 dəqiqə silinir. İkincisi, gördüyünüz işi təkcə iş olaraq yox, həm də müəssisəyə yüksək gəlir əldə etdirmək üçün yeni təkliflərlə gəlməlisiniz. Məsələn, mən ora gedəndə işçilərin kontrolu üçün heç bir proqram yox idi. Bu işçilər necə idarə olunur, gəliş-gediş saatı necə idarə olunur? Və mən yeni proqram tapdım, işçilərin elektron kontrolu ilə bağlı. Yəni, hər 2 işçi eyni vaxtda sıraya girir, biri 10 qutu ilə çıxır, o birisi 5. Hər ikisi eyni maaş alır.

- Məzun olacaq tələbələrə tövsiyyən?

- İlk öncə dil biliyi. İkinci, inkişaf yönümlülük. Passiv insanları avropa qəbul etmir.

- Niyə təcrübə keçdikdən sonra Azərbaycana qayıtmadın?

- Əvvəlcə mənimdə məqsədim Avropada təcrübə keçib doğma ölkəmə qayıtmaq idi. Amma sonra gördüm ki, ADAU-da aldığım bilikləri burada təkmilləşdirə, özümü daha çox inkişaf elətdirə bilirəm. Ona görə də işə qəbul olundum və bu gün hədəfim müasir, dayanıqlı kənd təsərrüfatı mütəxəssisi olduqdan sonra Azərbaycana qayıdıb ölkəmizdə aqrar sahənin inkişafına töhvə verməkdir.

- ADAU ilə Almaniya ali təhsil müəssisələri arasında əlaqələr çoxdur. Səni biz azərbaycanlı tələbələrimizin hamisi, yol göstərəni, istiqamət verəni adlandıra bilərikmi? Və yaxud ora göndərilən tələbələr etimadı doğruldurmu?

- Buradan tələbələr göndəriləndə bəzən düzgün ölkə yaxud da göndərdikləri müəssisə düzgün seçilmir. 2019-cu ildən bəri demək olar ki, mən bu işlə məşğulam. Sırf mənim yanımda olmasalar belə, hər il Azərbaycandan gedən tələbələr qrupunu yığıram və onların nə kimi problemləri var onunla məşğul oluram. Bu sahədən maddi gəlirim olmasa da bunu edirəm.

- Əsas hədəfin nədən ibarətdir?

- Hədəfim ixtisasımla bağlı pillə-pillə daha qabağa getməkdir. Ölkəmin kənd təsərrüfatının inkişafına dəstək olmaqdır.

- Müsahibə üçün çox sağ ol.


ADAU-nun uğurlu məzunu: Çinarə NəsibovaADAU-nun uğurlu məzunu: Çinarə NəsibovaADAU-nun uğurlu məzunu: Çinarə NəsibovaADAU-nun uğurlu məzunu: Çinarə Nəsibova