ADAU-nun tələbəsi Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri sırasındadır

Azərbaycan Respublikası Gənclər Fondunun gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi, vətənpərvərlik ruhunda tərbiyə olunması, ictimai fəallığının artırılması, eləcə də innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin dəstəklənməsi məqsədilə 7-27 iyul 2022-ci il tarixlərində keçirdiyi “İdeyanı Reallaşdır 2022” Gənclərin Fərdi Layihələri üzrə Qrant Müsabiqəsinin qalibləri müəyyən edilib.

ADAU-EGE beynəlxalq ikili diplom proqramı çərçivəsində “iqtisadiyyat” ixtisası üzrə təhsil alan II kurs tələbəsi Nigar Bayramova da "Let’s play Mangala" - Tarixi Manqala oyunun təbliği layihəsi ilə Qrant Müsabiqənin qaliblərindəndir.


ADAU-nun tələbəsi Gənclər Fondunun Qrant Müsabiqəsinin qalibləri sırasındadır