ADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) bir qrup tələbəsi İqtisadiyyat nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edir.

Proqramın ilk mərhələsi 15-21 iyul tarixlərində Dövlət Vergi Xidmətinin Şamaxıda yerləşən Tədris Mərkəzində Dövlət Vergi Xidmətinin əməkdaşları tərəfindən keçirilən təlimlərlə başa çatıb.

Məlumat üçün qeyd edək ki, seçim mərhələsində 175 namizəd arasından 61 tələbə layihədə iştirak hüququ qazanıb ki, onlar arasında Azərbaycan Dövlət Aqrar Universitetinin 8 nəfər tələbələsi də yer alıb. Proqramda iştirak edən tələbələr Dövlət Vergi Xidmətinin peşəkar təlimçiləri tərəfindən vergi inzibatçılığı, vergi siyasəti, vergi ödəyiciləri ilə münasibətlər, vergilərin hesablanması və ödənilməsinin əsasları mövzularında keçirilən təlimlərdə iştirak edib.

Eyni zamanda, təlimçilər tərəfindən ünsiyyət bacarıqları, emosional zəka və digər təlimlər də təşkil olunub. Bununla yanaşı, iştirakçıların asudə vaxtlarının daha səmərəli təşkili üçün yay düşərgəsinin proqramına Şamaxının turizm məkanlarına səfərlər, intellektual oyunlar və yarışlar daxil edilib.

Yay Təcrübə Proqramı tələbələrin vergi sahəsində nəzəri və praktiki biliklər əldə etməsini, onların vergi xidmətinin işində praktiki iştirakını nəzərdə tutan, həmçinin gələcəkdə vergi orqanlarında karyera qurmaq imkanlarını dəstəkləyən layihədir. Bu təşəbbüsün həyata keçirilməsində məqsədlərdən biri də istedadlı gəncləri aşkarlamaq, onların dövlət qulluğuna olan marağını təşviq etməkdir.

Qeyd edək ki, layihə çərçivəsində təşkil olunan yay düşərgəsinin davamı olaraq, tələbələr hal-hazırda Dövlət Vergi Xidmətinin Aparatının struktur bölmələri və strukturuna daxil olan qurumlarında əvvəlcədən hazırlanmış proqram əsasında təcrübə keçirlər.

ADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edirADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edirADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edirADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edirADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edirADAU-nun tələbələri Dövlət Vergi Xidməti tərəfindən təşkil olun Yay Təcrübə Proqramında iştirak edir