ADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Tədris-Metodiki Şurasının iclası baş tutub.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək iştirakçıları iclasın gündəliyi ilə tanış edib.

Tədris işləri üzrə prorektor, dosent Anar Hətəmov tədrisin keyfiyyəti barədə, Tədris şöbəsinin müdiri Elay Zeynallı yeni qiymətləndirmə modelinin müzakirəsi ilə bağlı, dosent Qalib Ağayev müxtəlif ixtisaslarda riyaziyyat fənninin tədrisinin vəziyyəti barədə çıxışlar edib.

Sonra Türkiyənin Ege Universitetinin professorları Ürfət Nuriyev və Canan Abay tədrisin keyfiyyətinin yüksəldilməsində Türkiyə təcrübəsi mövzusunda fikirlərini səsləndirib.

ADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilibADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilibADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilibADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilibADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilibADAU-nun Tədris-Metodiki Şurasının iclası keçirilib