ADAU-nun rektoru Həmkarlar İttifaqının yubiley döş nişanı ilə təltif olunub

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının (ATİAHİ) nümayəndə heyəti ilə görüşüb.

Görüşdə Azərbaycan Həmkarlar İttifaqları və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının keçdiyi tarixi inkişaf yolundan, həmkarlar ittifaqı üzvlərinin gördüyü işlərdən, təşkilatın beynəlxalq əlaqələrindən danışılıb.

Rektor Aqrar Universitet və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi arasında səmimi əməkdaşlıq münasibətlərinin gələcəkdə daha da inkişaf etdiriləcəyini bildirib.

Görüşün sonunda İbrahim Cəfərov Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqının “ATİAHİ 100 il” yubiley döş nişanları ilə təltif olunub.

ADAU-nun rektoru Həmkarlar İttifaqının yubiley döş nişanı ilə təltif olunubADAU-nun rektoru Həmkarlar İttifaqının yubiley döş nişanı ilə təltif olunubADAU-nun rektoru Həmkarlar İttifaqının yubiley döş nişanı ilə təltif olunub