ADAU-nun İnnovasiya Mərkəzinin fəalları "İdeathon" yarışında iştirak edir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) İnnovasiya Mərkəzinin fəal tələbələri və nümayəndələri 2 iyun 2022-ci il tarixində Lənkəran şəhərində keçirilən "İdeathon" yarışında iştirak edir.

Layihəyə iki komanda şəklində ümumilikdə 9 nəfərlik heyət ilə qoşulan tələbələr Lənkəran şəhərində 2 gün davam edəcək tədbirdə "Sitrus meyvələrinin inkişafı və emalı texnologiyası" ilə bağlı ideyalar verəcək və bu istiqamətdə yarışacaqlar.

Finalda qalib komandalar mükafatlandırılacaq və onlara ideyalarını biznesə çevirmək üçün maliyyə dəstəyi göstəriləcək.

ADAU-nun İnnovasiya Mərkəzinin fəalları "İdeathon" yarışında iştirak edir