ADAU-nun Mühəndislik fakültəsinə yeni dekan seçilib

Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Ali təhsil müəssisələrində kafedra müdiri, dekan və dekan müavini vəzifələrinin tutulması Qaydaları” nın tələblərinə uyğun olaraq 20 dekabr 2021-ci il tarixində Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin dekanı vəzifəsinə seçkilər keçirilmişdir. Gizli səsvermənin nəticəsinə əsasən texnika üzrə fəlsəfə doktoru, dosent Təvəkgül İslamov fakültə dekanı seçilmişdir.

T.İslamov 1989-cu ildə ADAU-nun Mūhəndislik fakültəsini bitirmiş və həmin ildə universitetdə əmək fəaliyyətinə başlamışdır. 1994-cū ildə "Tənək çiliklərini tingliyə basdırmaq ūçūn şırımaçma texnologiyasının işlənməsi və işçi orqanların parametrlərinin əsaslandırılması" mövzusunda namizədlik dissertasiyasını mūdafiə etmiş, 1998-ci ildə mūhəndislik ixtisası ūzrə dosent elmi adını almışdır. 2007-2008-ci illərdə Yeni Azərbaycan Partiyası (YAP) Gəncə şəhər təşkilatının şöbə müdiri, 12 il Mühəndislik fakültəsinin dekan müavini vəzifəsində çalışmışdır.

Təvəkgül İslamovu bu yeni təyinat münasibətilə təbrik edir, fəaliyyətində uğurlar arzulayırıq.

ADAU-nun Mühəndislik fakültəsinə yeni dekan seçilib