ADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin İnformasiya texnologiyaları kafedrasının assistenti Sima Məmmədova martın 21-dən 27-dək Türkiyənin Ankara şəhərində yerləşən Orta Doğu Texniki Universitetində (ODTU) olub. Azərbaycanın 12 müxtəlif universitetindən 17 nümayəndənin iştirak etdiyi səfər Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021-2022-ci illər üzrə inkişafı” mövzusunda təşkil etdiyi qrant müsabiqəsi əsasında təhsilverənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi” layihəsi çərçivəsində təşkil olunub.

Layihəyə qoşulmuş 42 tədqiqatçının iştirakı ilə 11 vebinar həyata keçirilib, 8 modul tapşırıq yerinə yetirilib və ADAU-nun İnformasiya texnologiyaları kafedrasının assistenti Sima Məmmədova da daxil olmaqla ən yüksək bal yığmış 17 iştirakçı Orta Doğu Texniki Universitetinə (ODTU) səfər etməklə əyani təlimdə iştirak etmək və “İnsan-Kompüter Qarşılıqlı Əlaqələri” laboratoriyası ilə tanış olmaq nailiyyətini qazanıblar.

Səfərin ilk günü Orta Doğu Texniki Universiteti ilə tanışlıq xarakteri daşıyıb. Prof. Dr. Kürşat Çağıltay, Dr. Serkan Alkan və universitetin Beynəlxalq əlaqələr ofisindən Dr. İbrahim Yorgun iştirakçılara universitet haqqında məlumat verib, qonaqların suallarını cavablandırıblar. Səfər çərçivəsində layihə iştirakçıları Alpay Karagöz və Görkem Muyanın müşayiəti ilə ODTU-nun İnsan-Kompüter İnterfeysinin (HCI) laboratoriyaları ilə tanış olublar. Burada “Tobii Eye Traker - göz izləmə cihazlarının laboratoriya studiyası”nda laboratoriyanın təyinatı və iş prinsipi praktik tapşırıqlarla nümayiş etdirilib. Həmçinin, “Bilgisayar və Öğretim Teknolojileri Eğitimi” kafedrasının kompüter laboratoriyasında Serap Yağmurun təqdimatında “Koqnitiv Modelləşdirmə və CogTool - interfeys layihələndirmə sistemi”nin təqdimatı və praktiki icra məşğələsi olub.

Səfər müddətində Orta Doğu Texniki Universitetinin Texnokəndi ilə tanışlıq olub, iştirakçılara araşdırma mərkəzləri, icra olunan layihələr, icraçı şirkətlər, “Teknokent CoZone” haqqında geniş məlumat verilib, həmçinin potensial əməkdaşlıq perspektivləri müzakirə olunub.

Keçirilən görüşlərdən sonra layihənin eksperti, Prof. Dr. Kürşat Çağıltayın layihə iştirakçıları ilə yekun müzakirəsi baş tutub. Müxtəlif əməkdaşlıq perspektivləri, layihə çərçivəsində professorun Azərbaycan dilinə tərcümə olunacaq “İnsan-Bilgisayar Etkileşimi ve Kullanılabilirlik Mühendisliği” kitabının təqdimatı və insan-kompüter interfeyslərininin araşdırılmasına dair birgə beynəlxalq konfransın keçirilməsi müzakirə olunub.

ADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edibADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edibADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edibADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edibADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edibADAU-nun əməkdaşı Türkiyənin Orta Doğu Texniki Universitetində keçirilən layihədə iştirak edib