ADAU-nun əməkdaşı turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Ege Universiteti ilə birgə həyata keçirilən beynəlxalq ikili diplom proqramının direktoru Fərrux Rəhimov Dövlət Turizm Agentliyinin (DTA) və Azərbaycan Turizm Bürosunun (ATB) regional ofisi - Gəncə Destinasiya Menecmenti Təşkilatının (Gəncə DMT) təşkilatçılığı ilə keçirilən dörd günlük "Təlimçilər üçün təlim" proqramında iştirak edib.

Təlim proqramı çərçivəsində iştirakçılara ehtiyacların müəyyən edilməsi və təlim mövzularının strukturunun hazırlanması metodları, təlim texnologiyaları, təlimin dizaynı, təlimdən əvvəl və sonrakı qiymətləndirmə və digər modullar barədə məlumatlar verilib.

Diqqətə çatdırılıb ki, təlim proqramı turizm sənayesində çalışanların maarifləndirilməsi üçün yerli mütəxəssislərdən ibarət ekspertlər şəbəkəsinin yaradılması məqsədi daşıyır.

Bildirilib ki, “Yerli Ekspertlər Şəbəkəsi" Gəncə DMT tərəfindən koordinasiya ediləcək. Yerli təlimçilər turizm sənayesinin ehtiyaclarına uyğun olaraq beynəlxalq standartlar səviyyəsində xüsusi təlim kurslarında iştirak edəcək, əsas iş yerlərindən ayrılmadan, ödənişli əsaslarla təlimlər keçəcəklər.

Sonda hər bir iştirakçının seçdiyi mövzuda təqdimatları dinlənilib və müvafiq qiymətləndirilmə aparılıb.

ADAU-nun əməkdaşı turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak edibADAU-nun əməkdaşı turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak edibADAU-nun əməkdaşı turizmlə bağlı “Təlimçilər üçün təlim” proqramında iştirak edib