ADAU-nun kitabxanasına “Nəzəriyyədən təcrübəyə İnsan – Kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabı hədiyyə edilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) kitabxanasına dünya şöhrətli alim Türkiyənin Orta Şərq Texniki Universitetinin (ODTU) professoru Kürşat Çağıltayın Azərbaycan dilinə tərcümə olunmuş 90 ədəd “Nəzəriyyədən təcrübəyə İnsan – Kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabı hədiyyə olunub.

Kitablar Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Ali və orta ixtisas təhsilinin 2021/2022-ci illər üzrə inkişafı” qrant müsabiqəsinin qalibi olmuş “İnsan-Kompüter İnterfeysləri” sahəsində təhsil verənlərin peşəkarlığının yüksəldilməsi və beynəlxalq təcrübənin öyrənilməsi layihəsinin nəticəsi olaraq verilib.


ADAU-nun kitabxanasına “Nəzəriyyədən təcrübəyə İnsan – Kompüter qarşılıqlı əlaqəsi və istifadəyə yararlılıq mühəndisliyi” kitabı hədiyyə edilib