ADAU-nun debat komandası respublika finalına vəsiqə qazanıb

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Debat klubunun üzvləri ilə görüş təşkil olunub.

Görüşdə çıxış edən Universitetin rektoru vəzifəsini icra edən Zəfər Qurbanov tələbələri Gəncə şəhərində keçirilən debat yarışında qalib olmaları münasibətilə təbrik edərək, onlara öz tövsiyələrini verib.

Çıxış edən tələbələr qarşıda keçiriləcək yarışlara həvəslə hazırlandıqlarını bildirərək, göstərilən diqqətə görə təşəkkür ediblər.

Qeyd edək ki, Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin Əhali Fondu və BMT-nin Qadınlar Agentliyinin təşkilatçılığı ilə həyata keçirilən "Gender əsaslı zorakılıq və ayrı-seçkiliyə qarşı Debat Forumu" kampaniyası çərçivəsində Gəncə şəhərində debat forumu keçirilib. Forumda ümumilikdə 24 komanda iştirak edib, 8 komanda Azərbaycan Dövlət Aqrar Universitetinin tələbələrindən ibarət olub. Azərbaycan Dövlət Aqrar Universitetinin "Avengers" komandası böyük finala vəsiqə qazanıb. Həmçinin, universitetin 4 tələbəsi natiqlik qabiliyyətinə görə təltif edilib.


ADAU-nun debat komandası respublika finalına vəsiqə qazanıbADAU-nun debat komandası respublika finalına vəsiqə qazanıbADAU-nun debat komandası respublika finalına vəsiqə qazanıb