ADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Aqronomluq fakültəsinin Ekologiya kafedrasının assistentləri Günay Abbasova və Ceyhunə Hacıyeva, Ümuni Əkinçilik Genetika, Seleksiya kafedrasının baş müəlimləri a.e.f.d Dünya İsayeva və Mina Məmmədova 1-5 mart tarixlərində Avropanın ən böyük kənd təsərrüfatı yönümlü, çoxsahəli ali təhsil müəssisələrindən biri, Macarıstanın Gödöllö şəhərində yerləşən Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində (MATE) ezamiyyətdə olublar.

Ezamiyyənin ilk günü universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zsusanna Tarrın qəbulunda olan ADAU əməkdaşları, son yüzillikdə MATE-dəki kənd təsərrüfatı və pedaqoji bilik mərkəzlərinin, iqtisadiyyat, sosial elmlər, incəsənət və humanitar elm sahələri ilə birləşib inkişaf etməsindən, kənd təsərrüfatı sahəsindəki ənənələrinə görə tələbələri cəlb etməsi barədə məlumat verilib.

Mart ayının ikisi Aqronomluq ixtisası üzrə tədqiqatçı Melinda Mathe mineral gübrələrin səmərəli normalarını taxıl bitkilərinə tətbiq etməklə taxıl bitkilərinin inkişafına, struktur göstəricilərinə, məhsuldarlığına təsirinin öyrənilməsi barədə danışılıb. Sonra tədqiqatçı Melinda Mathe və ERASMUS+ üzrə koordinator Papp Szilvia təcrübə sahəsində biohumusdan istifadə edərək bitki məhsuldarlığının artırılması haqqında məlumat verib.

Növbəti gün MATE universitetinin Kitabxanasının müdiri Szilvia Molnar ADAU əməkdaşlarını kitabxana ilə tanış edib. Hər bir iştirakçı öz tədqiqat işinə uyğun materiallarla tanış olub.

Mart ayının dördü ERASMUS+ üzrə koordinator Papp Szilvia və Xarici Əlaqələr və Koordinasiya Mərkəzinin rəhbəri, Lasla Mathe görüş keçirərək kənd təsərrüfatı iqtisadiyyatı elminin inkişafına köməklik göstərmək və iqtisadi təşkilatların nəticələrinin tətbiqinin vacib olduğunu vurğulayıb.

Ezamiyyənin son günü əməkdaşlara sertifikatlar təqdim olunub.

ADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olubADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olubADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olubADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olubADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olubADAU-nun bir qrup əməkdaşı Macarıstanın Kənd Təsərrüfatı və Təbiət Elmləri Universitetində olub