ADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilir

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Biotexnologiya mərkəzinin maddi-texniki bazasının gücləndirilməsi işləri həyata keçirilir.

Mərkəzdə elmi-tədqiqat istiqamətlərinin genişləndirilməsi məqsədilə qida mühitinin hazırlanması və sterilizasiya otağı, iqlim otağı, əkin otağı və laboratoriyalarla yanaşı adaptasiya otaqlarının da hazırlanmasına başlanılıb.

Burda alınacaq sağlam və virusa davamlı bitki sortları adaptasiya dövrünü başa vurduqdan sonra sahələrə köçürüləcək.

Qeyd edək ki, bitkilərin mikroklonal çoxaldılması prosesi müasir dünyada ən çox tətbiq edilən çoxaldılma üsullarından biridir. Bu üsul vasitəsilə qısa müddət ərzində çoxlu sayda bitki əldə etmək mümkün olmaqla, invitro şəraitində virussuz, xəstəlikdən azad edilmiş bitkilər əldə olunur. Azərbaycan Dövlət Aqrar Universitetinin nəzdində yaradılmış yeni Biotexnologiya mərkəzində bitkilərin müxtəlif stress amillərinə, xəstəliklərə qarşı davamlılığının müəyyən edilməsi məqsədilə bu istiqamətlərdə molekulyar analizlər həyata keçirilir.

ADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilirADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilirADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilirADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilirADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilirADAU-nun Biotexnologiya mərkəzinin maddi-texniki bazası gücləndirilir