ADAU-nun 33 tələbəsi İsraildə 11 aylıq aqrar təcrübə proqramının ilkin seçimlərində iştirak hüququ qazanıb

15-ci yubiley Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisi çərçivəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi və İsrailin Arava Beynəlxalq Kənd Təsərrüfatı Tədris Mərkəzi (AİCAT) tərəfindən aqrar sahədə fəaliyyət göstərən gənc mütəxəssislər üçün elan edilən yeni təcrübə proqramının iştirakçıları ilə görüş keçirilib.

Azərbaycanın kənd təsərrüfatı naziri İnam Kərimov ilə İsrailin kənd təsərrüfatı və kənd yerlərinin inkişafı naziri Oded Forer iki ölkənin aqrar sahədə kadr hazırlığı sahəsində sıx əməkdaşlıq etdiyini bildiriblər. Qeyd olunub ki, AİCAT tərəfindən elan olunan təcrübə proqramının müddəti 11 aydır. Proqram çərçivəsində gənc mütəxəssislər 10 ay ərzində İsrailin fermer təsərrüfatlarında təcrübə keçmək imkanı qazanacaqlar. Bundan başqa, proqram iştirakçıları 1 ay müddətində həm aqrar, həm də iqtisadi sahədə akademik təlimlərdə iştirak edə biləcəklər. Təcrübə proqramı 2022-ci ilin avqust ayından 2023-cü ilin iyul ayınadək davam edəcək.

Qeyd edək ki, Azərbaycan Dövlət Aqrar Universitetinin 33 tələbəsi proqramın ilkin seçimlərində iştirak hüququ qazanıb. Universitetin bütün fakültələrini təmsil edən tələbələrin 27-si oğlan, 7-i qız olmaqla bakalavr, magistr, doktorant və məzunlarından ibarətdir.


ADAU-nun 33 tələbəsi İsraildə 11 aylıq aqrar təcrübə proqramının ilkin seçimlərində iştirak hüququ qazanıb