ADAU məzunu, şəhid leytenant Vüsal Məhərrəmov

Vüsal Aslan oğlu Məhərrəmov 10 dekabr 1979-cu ildə Masallı rayonunun Hişkədərə kəndində anadan olub.

1986-cı ildə Hişkədərə kənd tam orta məktəbinin birinci sinfinə daxil olub, 1997-ci ildə həmin məktəbi əla qiymətlərlə bitirib.

1997-2001-ci illərdə Azərbaycan Kənd Təsərrüfatı Akademiyasında (hazırki ADAU) təhsil alıb.

Azərbaycan Ordusunun zabiti olan Vüsal Məhərrəmov 27 sentyabr 2020-ci il tarixdə Azərbaycan Silahlı Qüvvələri tərəfindən erməni işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı döyüşlərdə iştirak edib.

4 noyabr 2020-ci il tarixində Şuşa istiqamətində gedən şiddətli döyüşlərdə qəhrəmancasına şəhid olub.

Ailəli idi. İki oğul övladı Nicat və Nihad Vətənə yadigar qalıb.

Ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün, Azərbaycanın Şuşa şəhərinin işğaldan azad edilməsində igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 15 və 24 iyun 2020-ci il 5 noyabr 2021-ci il tarixli sərəncamlarına əsasən Vətən müharibəsinin şəhid zabiti Vüsal Aslan oğlu Məhərrəmov ölümündən sonra “Vətən uğrunda”, “Şuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

6 noyabr 2021-ci il tarixdə Masallı rayonunun Hişkədərə kəndində şəhidin il mərasimi keçirilib, şərəfinə ucaldılmış abidə-bulaq kompleksinin açılışı olub.

Əziz xatirəsi ehtiramla anılıb, məzarı üstünə qərənfillər düzülüb.

Allah rəhmət eləsin!

ADAU məzunu, şəhid leytenant Vüsal MəhərrəmovADAU məzunu, şəhid leytenant Vüsal Məhərrəmov