ADAU əməkdaşının Volkswagen Fondunun dəstəyi ilə təqaüd proqramına təqdim etdiyi layihə qəbul olunub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Bitki mühafizəsi kafedrasının əməkdaşı a.e.f.d Sahil Quliyev Almaniyanın Volkswagen Fondunun dəstəyi ilə “Environment, natural resources, and renewable energies Interdisciplinary transboundary research on human-environmental interactions” mövzusunda elmlər doktoru tədqiqat təqaüd proqramına təqdim etdiyi layihə qəbul olunub.

Tədqiqat layihəsi Almanyanın Greifswald və Bielefeld Universitetinin əməkdaşlığı çərçivəsində həyata keçiriləcək.

“Pasture management, monitoring and assessment of soil quality in Ganja – Gazakh region” mövzusunda aparılacaq elmi tədqiqat işi 2022-2025 ci ilər üçün nəzərdə tutulub.

İşin məqsədi otlaqların monitorinqi, ağır otarmalar altında torpaq keyfiyyətinin qiymətləndirilməsi, antropogen və təbii amillərlə torpağın keyfiyyəti arasında əlaqə və otlaqların idarə olunması üsullarını təkmilləşdirməkdir.

Tədqiqat işinin nəticələrinin yüksək reytinqli jurnallarda dərc olunması nəzərdə tutulub.

ADAU əməkdaşının Volkswagen Fondunun dəstəyi ilə təqaüd proqramına təqdim etdiyi layihə qəbul olunub