ADAU əməkdaşı Polşanın Lublin Təbiət Elmləri Universitetinə səfər edib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Beynəlxalq əlaqələr şöbəsinin müdiri Küşvər Məmmədova kənd təsərrüfatı, biologiya, baytarlıq, texniki və sosial-iqtisadi elmlərin geniş spektrini özündə birləşdirən Polşanın Lublin Təbiət Elmləri Universitetində səfərdə olub.

Universitet nümayəndələri ilə görüşən Küşvər Məmmədova Polşa təcrübəsinin öyrənilməsinin vacibliyi və Polşada Azərbaycan elmi və təhsilinin tanıdılmasına ehtiyacın olduğunu vurğulayıb.

Səfərin əsas məqsədi iki ölkə universitetləri arasında beynəlxalq əməkdaşlığın inkişafı, aktiv tələbələrin elm, təhsil və innovasiya sferasında mövcud əmək bazarının tələblərinə cavab verən inkişaf prosesinə cəlb edilməsi olub.

ADAU əməkdaşı Polşanın Lublin Təbiət Elmləri Universitetinə səfər edibADAU əməkdaşı Polşanın Lublin Təbiət Elmləri Universitetinə səfər edibADAU əməkdaşı Polşanın Lublin Təbiət Elmləri Universitetinə səfər edib