ADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) tələbələri “Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsini uğurla başa vurub.

Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi, Gəncə Dövlət Universitetinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Gəncə nümayəndəliyinin təşkilati dəstəyi ilə keçirilən “Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi Gəncə şəhərində yerləşən universitet və gənclər təşkilatlarının gənclərindən ibarət komandaların iştirakı ilə üç gün ərzində Gəncə Dövlət Universitetində həyata keçirilib.

Oyunların ilk günü ”Nizami Kuboku İntellektual Oyunlar Festivalı” layihəsi çərçivəsində “Nə? Harada? Nə zaman?” intellektual oyunu üzrə turnirdə I yeri “Vurğun” (ADAU) komandası, II yeri “Tufan” (GDU) komandası, III yeri “Cantis Protectum” (GDU) komandası qazanıb.

Növbəti turnirdə “Breyn Rinq” intellektual oyunu üzrə isə I yerdə “Cahillər” (ADAU) komandası, II yerdə “Tufan” (GDU) komandası, III yerdə isə “Vurğun” (ADAU) komandası qərarlaşıb.

Layihə çərçivəsində keçirilən “Xəmsə” milli intellektual oyunu üzrə turnirdə isə I yeri “Vurğun” (ADAU) komandası, II yeri “Tufan” (GDU) komandası, III yeri “Akulalar” (GDU) komandası qazanıb.

Sonda qaliblər layihə çərçivəsində diplom, medal və kuboklarla təltif olunublar.


ADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olubADAU komandası Nizami Kuboku İntellektual Oyunlar Festivalının qalibi olub