ADAU ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin rəhbərliyi arasında görüş keçirilib.

Görüş zamanı qarşılıqlı əməkdaşlıq perspektivləri, tələbələrin istehsalat təcrübəsində iştirakı, birgə layihələrin həyata keçirilməsi, təlim və seminarların təşkili məsələləri müzakirə olunub.

Universitetin rektor əvəzi Zəfər Qurbanov Azərbaycan Dövlət Aqrar Universitetinin maddi-texniki bazası, beynəlxalq əlaqələri və müasir laboratoriyaları barədə qonaqlara məlumat verib. O bildirib ki, ADAU kadr hazırlığı prosesində aqrar yönümlü yerli və xarici şirkətlərlə əməkdaşlığa xüsusi önəm verir.

“Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC-nin direktoru Fəda Abbasov birgə əməkdaşlıqdan məmnunluq duyduğunu diqqətə çatdırıb.

Sonda Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb.


ADAU ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC arasında əməkdaşlıq memorandumu imzalanıbADAU ilə “Azəraqrar Dövlət İstehsalat və Emal Birliyi" MMC arasında əməkdaşlıq memorandumu imzalanıb