Azərbaycan Dövlət Aqrar Universitetində təlimlər davam edir

Kənd Təsərrüfatı Nazirliyinin (KTN) əməkdaşlarının potensialının yüksəldilməsi, ixtisas və informasiya texnologiyaları üzrə bacarıqlarının yüksəldilməsi üzrə nazirlik tərəfindən mütəmadi işlər aparılır.

Bu məqsədlə 2021-ci ildə təşkil edilən 233 təlimə Kənd Təsərrüfatı Nazirliyi üzrə 7694 iştirakçı cəlb edilib. Təlimlərin davamı olaraq Kənd Təsərrüfatı Nazirinin müvafiq əmri ilə "Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin 2022-ci il üzrə Təlim Planı" təsdiq edilib.

Təlim planında Azərbaycan Dövlət Aqrar Universitetin icraçı olduğu bəndlərin icrasını həyata keçirmək üçün Universitetin əməkdaşlarının təlimlərə cəlb edilməsi prosesi həyata keçirilir.

Növbəti təlim ADAU-nun Zoomühəndislik fakültəsinin Kənd təsərrüfatı heyvanlarının yetişdirilməsi və yemləndirilməsi kafedrasının assistenti Sinan Vəlizadə tərəfindən “Qoyunçuluqda süni mayalanma və süngərləmənin aparılma qaydaları” mövzusunda aparılıb.



Azərbaycan Dövlət Aqrar Universitetində təlimlər davam edir