ADAU-da növbəti seminar təşkil olunub

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “Open science Azərbaycan: gənc tədqiqatçılar arasında open science platformasının təbliği” adlı layihə çərçivəsində seminar keçirilib.

Universitetin Tədris işləri üzrə prorektoru, dosent Anar Hətəmov, Elm şöbəsinin müdiri Elçin Nəsirov və İctimai elmlər və multikulturalizm kafedrasının müdiri, professor Azad Bayramov çıxışlar edərək seminarın gənc tədqiqatçılar üçün böyük əhəmiyyət daşıdığını diqqətə çatdırıb.

Təhsil Nazirliyi yanında İctimai Şuranın üzvü, Azərbaycan Gənc Alim, Doktorant və Magistrlər Cəmiyyətinin sədri (AGADMC), fəlsəfə doktoru İlqar Orucov layihənin qısa təqdimatını verdikdən sonra, AGADMC-nin eksperti, dosent Ruslan Rəhimli “Open Science - elmin inkişafı üçün yeni konsepsiyalar” və “Tədqiqatçılar arasında beynəlxalq elmi platformaların təşviqi” mövzularında çıxış edib.

Seminarın sonunda iştirakçılara sertifikatlar verilib.

ADAU-da növbəti seminar təşkil olunubADAU-da növbəti seminar təşkil olunubADAU-da növbəti seminar təşkil olunubADAU-da növbəti seminar təşkil olunubADAU-da növbəti seminar təşkil olunubADAU-da növbəti seminar təşkil olunub