ADAU-da narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib

Gəncə Baş Polis İdarəsinin (ŞBPİ) təşkilatçılığı ilə Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) karantin tələbləri nəzərə alınmaqla narkomaniyaya qarşı maarifləndirmə tədbiri keçirilib. Tədbirdə polis əməkdaşları, universitet rəhbərliyi və tələbə kollektivi iştirak edib.

“Narkomaniyaya yox deyək” mövzusunda keçirilən görüşdə çıxış edən ŞBPİ-nin rəis müavini, polis polkovniki Əhməd Cəlilov narkotik vasitələrin cəmiyyət üçün yaratdığı problemlərdən danışaraq, bu maddələrin fəsadları barədə geniş məlumat verib. Gəncliyin fiziki və mənəvi sağlamlığı üçün ciddi təhlükə törədən və ağır zərbə vuran narkomaniyanın mənfi nəticələrindən söz açan şöbə rəisi, ölkənin hər yerində narkomanlığa qarşı ciddi mübarizənin aparıldığını qeyd edib.

Bildirilib ki, Gəncə ŞBPİ və onun tabeli qurumları tərəfindən şəhər ərazisində narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması istiqamətində uğurlu əməliyyat-axtarış tədbirləri həyata keçirilib. Keçirilən bu tədbirlər nəticəsində cari ilin 11 ayında ümumilikdə 193 fakt aşkarlanaraq 56 kq-dan çox narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb ki, bu rəqəmin 5 kq-dan çoxunu xüsusi təsir edici qüvvəyə malik narkotik maddələr daxildir.

Sonda narkomaniyanın fəsadlarından bəhs edən video çarx nümayiş olunub, tələbələri maraqlandıran suallar cavablandırılıb və onlara tövsiyələr verilib.

ADAU-da narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibADAU-da narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilibADAU-da narkomaniya ilə bağlı maarifləndirmə tədbiri keçirilib