ADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutub

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Mühəndislik fakültəsinin Meliorasiya və hidrotexniki qurğular kafedrasının Kəhriz Tədqiqat və İnformasiya Mərkəzində “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans keçirilib.

Konfransın əsas məqsədi ADAU-da Beynəlxalq Miqrasiya Təşkilatı və Azərbaycan Dövlət Aqrar Universiteti arasında bağlanan müqaviləyə əsasən Kəhriz Tədqiqat və İnformasiya Mərkəzinin yaradılması, Kəhriz mühəndislik kursunun açılması ilə əlaqədar layihənin əhəmiyyətli yerinə yetirilən işlər və perspektivlər haqqında ətraflı məlumat vermək olub.

Açılış mərasimində çıxış edən BMqT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Vladimir Georgiyev və ADAU-nun rektoru İbrahim Cəfərov 2 illik səmərəli əməkdaşlıqdan məmnunluqlarını ifadə edərək, bunun gələcək uğurlu əməkdaşlığa zəmin yaratdığını qeyd etdilər.

Tədbirdə Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, BMT-nin Azərbaycanda Beynəlxalq Miqrasiya Təşkilatının missiya rəhbəri Vladimir Georgiyev, AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, Layihənin rəhbəri Meliorasiya və hidrotexniki qurğular kafedrasının müdiri, ADAU-nun professoru Mirnaib Mirsalahov, Meliorasiya mühəndisliyi ixtisasının buraxılış kurs tələbəsi Peykər İbrahimova və Göygöl Suvarma Sistemləri idarəsinin müdiri İsmayıl Əvəzov çıxış ediblər.

Beləliklə, BMqT-nin Azərbaycan nümayəndəliyi ilə ADAU arasında 2019-cu ildə imzalanmış əməkdaşlıq sazişi çərçivəsində qarşıya qoyulan məqsədlər, yəni Kəhriz İnformasiya və Tədqiqat Mərkəzinin yaradılması, kəhriz mühəndisliyi dərsliyinin nəşri, kəhriz mühəndisliyi kursunun kurrikuluma daxil edilməsi uğurla həyata keçirilib.

Tədris sahəsində görülən işlərə əlavə olaraq, adı çəkilən layihə ənənəvi və dayanıqlı su təchizatı sistemi olan kəhrizlərin bərpası vasitəsilə əhalinin təhlükəsiz və davamlı su təminatı məqsədini daşıyır. Layihənin ümumi məqsədi Azərbaycanda kənd təsərrüfatı icmalarının enerjisiz su təchizatını təmin etməklə kənd təsərrüfatı məhsuldarlığını və yaşayış imkanlarını artırmaqla məcburi iqtisadi miqrasiyanın qarşısının alınmasına töhfə verməkdir.

ADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutubADAU-da “Kəhrizlərin tədqiqatı, qurulması və mütəxəssis hazırlığı” mövzusunda regional konfrans baş tutub