ADAU-da “Kəhriz Sistemləri” kitabının təqdimatı olub

29 dekabr 2021-ci il tarixdə Azərbaycan Dövlət Aqrar Universitetinin “Meliorasiya və hidrotexniki qurğular” kafedrasında Koreya Beynəlxalq İnkişaf Agentliyi və BMT-nin Beynəlxalq Miqrasiya Təşkilatının maliyyə dəstəyi ilə Azərbaycan Dövlət Aqrar Universitetinin birgə həyata keçirdiyi “Kəhriz Tədqiqat İnformasiya Mərkəzinin Yaradılması və Kəhriz Mühəndislik Kursunun Açılması” layihəsi çərçivəsində layihə rəhbəri, professor Mirnaib Mirsalahov və digər əməkdaşların müəllifliyi ilə nəşrdən çıxmış “Kəhriz Sistemləri” adlı kitabının təqdimat mərasimi keçirilmişdir.

Təqdimatda ADAU-nun Tədris işləri üzrə prorektoru Anar Hətəmov və Mühəndislik fakültəsinin dekanı Təvəkgül İslamov iştirak etmişlər.

ADAU-da “Kəhriz Sistemləri” kitabının təqdimatı olubADAU-da “Kəhriz Sistemləri” kitabının təqdimatı olubADAU-da “Kəhriz Sistemləri” kitabının təqdimatı olub