ADAU-da imtahan sessiyası uğurla davam edir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) 2022-2023-cü tədris ilinin payız semestrinin imtahan sessiyası uğurla davam edir.

Sessiya dövründə mövcud qanunvericiliyin, elm və təhsil nazirinin 2022-2023-cü tədris ilinin qış semestrinin imtahan sessiyasının keçirilməsi ilə bağlı müvafiq əmrinin tələbləri nəzərə alınmaqla bütün texniki-təşkilati işlər yüksək səviyyədə həyata keçirilib.

İmtahan prosesinə kənar müdaxilənin yol verilməməsi, tələbələrin biliklərini nümayiş etdirməsi üçün bütün şərait yaradılıb. Bununla yanaşı, imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkili, imtahanların gedişinə nəzarət, yarana biləcək münaqişə və şikayətlərin yerindəcə həllini təmin etmək məqsədilə universitetdə Qərargah və Apellyasiya Komissiyası təşkil edilib.


ADAU-da imtahan sessiyası uğurla davam edirADAU-da imtahan sessiyası uğurla davam edirADAU-da imtahan sessiyası uğurla davam edirADAU-da imtahan sessiyası uğurla davam edirADAU-da imtahan sessiyası uğurla davam edirADAU-da imtahan sessiyası uğurla davam edirADAU-da imtahan sessiyası uğurla davam edir