ADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilib

Azərbaycan Dövlət Aqrar Universiteti (ADAU) və Türkiyənin Ege Universiteti arasında həyata keçirilən beynəlxalq ikili diplom proqramının rəhbər komitəsinin növbəti iclası baş tutub.

İclasın məqsədi ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi olub.

Tədbirdə ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Ege Universitetinin rektoru, Prof. Dr. Necdet Budak, Ege Universitetinin Kənd təsərrüfatı fakültəsinin dekanı Prof. Dr. Banu Yücel, Qida mühəndisliyi kafedrasının müdiri Prof. Dr. Şebnem Tavman, Qida mühəndisliyi kafedrasının əməkdaşı Prof. Dr. İlkin Şüngün, ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin alimləri və universitet rəhbərliyi iştirak edib.

İbrahim Cəfərov çıxışında Ege Universitetinin rektorunun rəhbərlik etdiyi nümayəndə heyətini Aqrar Universitetdə görməkdən məmnunluq duyduğunu ifadə edib. Rektor birgə elmi-tədqiqat işlərinin və araşdırmaların aparılmasının vacibliyini diqqətə çatdırıb. O bildirib ki, ikili diplom proqramı çərçivəsində təhsil alan tələbələr gələcəkdə ölkəmizin kənd təsərrüfatına mühüm töhfələr verəcək. Sonra qarşıda duran məsələlər və təkliflər barədə fikirlər səsləndirilib.

Ege Universitetinin rektoru Necdet Budak Azərbaycan Dövlət Aqrar Universitetində olmaqdan məmnun olduğunu bildirib və ikili diplom proqramının icrasını yüksək qiymətləndirib. O bildirib ki, Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında sıx əməkdaşlıq əlaqələri mövcuddur.

Sonda ikili diplom proqramı çərçivəsində ADAU-da dərs tədris edən Ege Universitetinin bir qrup müəllimi fikir və təkliflərini səsləndiriblər.


ADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilibADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilibADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilibADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilibADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilibADAU-da ikili diplom proqramının icrasının mövcud vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsi keçirilib