ADAU-da Gənclər Gününə həsr olunan tədbir keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) 2 saylı Tələbə Evində 2 Fevral - Azərbaycan Gəncləri Günü münasibətilə tədbir keçirilib.

Çıxış edən Universitetin Tərbiyə işləri üzrə prorektoru, dosent Aidə Qasımova tələbə-gəncləri təbrik edərək, onlara təhsildə və gələcək karyeralarında uğurlar arzulayıb.

Prorektor Azərbaycan gənclərinə göstərilən dövlət qayğısını xüsusi vurğulayaraq, gənclərin ölkənin ictimai-siyasi həyatındakı fəallığından danışıb.

Sonda təhsildə və universitetin ictimai həyatında fərqlənən bir qrup tələbə Fəxri Fərmanla təltif olunub.

ADAU-da Gənclər Gününə həsr olunan tədbir keçirilibADAU-da Gənclər Gününə həsr olunan tədbir keçirilibADAU-da Gənclər Gününə həsr olunan tədbir keçirilib