ADAU-da gənc alimlərlə seminar keçirilib

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) Gənc Alimlər Şurasının növbəti seminarı keçirilib.

Universitetin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov, Elmi işlər üzrə prorektor Azad İbrahimov və Elm şöbəsinin müdiri Elçin Nəsirovun iştirak etdiyi görüşdə gənc tədqiqatçıların elmi potensialının artırılması, onlar üçün yaradıcı mühitin yaradılması, elmi tədqiqat fəaliyyətlərinin stimullaşdırılması, beynəlxalq təcrübə mübadilələrində iştiraklarının genişləndirilməsi, layihə və proqramlarda iştirakının təmin edilməsi kimi məsələlər haqqında müzakirələr aparılıb.

Həmçinin, Gənc Alimlər Şurası üzvlərinin elmi tədqiqatlarının nəşr edilməsi üçün ehtiyac duyulan bütün işlərdə Aqrar Universitet tərəfindən onlara müvafiq təşkilati və hüquqi yardımların göstəriləcəyi barədə məlumatlar verilib.

Sonda şura üzvlərini maraqlandıran suallar cavablandırılıb.

ADAU-da gənc alimlərlə seminar keçirilibADAU-da gənc alimlərlə seminar keçirilibADAU-da gənc alimlərlə seminar keçirilib