ADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib

Türkiyənin Ege Universiteti ilə Azərbaycan Dövlət Aqrar Universiteti arasında həyata keçirilən ikili diplom proqramı çərçivəsində ADAU-ya gələn Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş baş tutub.

Görüşdə çıxış edən ADAU-nun rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov ikili diplom proqramının gənclər üçün mühüm əhəmiyyətə malik olduğunu və onların gələcəkdə birgə həyata keçiriləcək tədqiqat işlərinə daha geniş imkanlar yaratdığını diqqətə çatdırıb. Rektor deyib ki, bu proqram kadr hazırlığı ilə yanaşı dövlətlərarası əlaqələrin inkişafına da böyük töhfələr verəcək.

Sonda görüş iştirakçıları ADAU-nun Tədris-təcrübə təsərrüfatı ilə tanış olub. Bildirilib ki, 80 hektar ərazini əhatə edən təsərrüfatda müasir heyvandarlıq kompleksi, ət-kəsim məntəqəsi və laboratoriyası, soyuducu anbar, əkin sahələri, üzüm və intensiv meyvə bağları həmçinin, iri və xırda buynuzlu mal-qara və s. tələbələrin praktiki biliklərə mükəmməl yiyələnməsi üçün onların ixtiyarına verilib.

ADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilibADAU-da Ege Universitetinin bir qrup professor-müəllim heyəti ilə görüş keçirilib