ADAU-da “ADAU-nun 44 ən yaxşı müəllimi” müsabiqəsi keçirilir

Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) “ADAU-nun 44 ən yaxşı müəllimi” adlı onlayn sorğu müsabiqəsi start götürüb.

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Müzəffər Ordumuzun 44 günlük Vətən müharibəsində qazandığı tarixi Zəfər münasibətilə keçirilən onlayn yarışma Aqrar Universitetin bakalavr və magistratura pilləsində təhsil alan tələbələr arasında keçiriləcək.

Tələbələrin iştirakı və rəyi əsasında keçiriləcək bütün pedaqoji heyəti əhatə edən sorğunun nəticələri əsasında seçilən 44 müəllim müsabiqənin qalibi olacaq.

Müsabiqənin qalibləri müxtəlif sertifikat və hədiyyələrlə mükafatlandırılacaq. Sorğuda iştirak üçün son tarix 01 iyul 2021-ci ildir.

Sorğu linki: https://bit.ly/3h8w6Hx

ADAU-da “ADAU-nun 44 ən yaxşı müəllimi” müsabiqəsi keçirilir