ADAU-da 2021/2022-ci tədris ili üçün Elmi Şuranın ilk iclası keçirilib

Bu gün Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Elmi Şurasının iclası keçirilib.

Universitetin Tələbə parkında pandemiyanın tələblərinə əməl olunmaqla açıq havada keçirilən iclasda 2021/2022-ci il tədris ilinə hazırlıq, qarşıda duran vəzifələr, universitetdə struktur dəyişikliyi, kafedralarda tədris yüklərinin təhlili, təsdiqi və digər məsələlər müzakirə olunub.

Şuranın sədri, rektor, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərov çıxış edərək 2021/2022-ci il tədris ilində qarşıda duran vəzifələr barədə danışıb.

Şura üzvləri müzakirə olunan məsələlər barədə fikir və təkliflərini bildiriblər.

ADAU-da 2021/2022-ci tədris ili üçün Elmi Şuranın ilk iclası keçirilibADAU-da 2021/2022-ci tədris ili üçün Elmi Şuranın ilk iclası keçirilib