ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar

Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı səfirliyinin nümayəndələri Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) olublar.

Qonaqlarla görüşən Universitetin rektor əvəzi Zəfər Qurbanov ADAU ilə ABŞ-ın ali təhsil müəssisələri arasında sıx əməkdaşlıq əlaqələrinin olduğunu diqqətə çatdırıb. O bildirib ki, Aqrar Universitetdə professor-müəllim heyətinin və tələbələrin ingilis dili biliklərinin təkmilləşdirilməsi üçün xarici mütəxəssislərin təcrübəsinin öyrənilməsinə ehtiyac var.

Sonra qarşılıqlı əməkdaşlıq perspektivləri və müəllim-tələbə mübadiləsi məsələləri müzakirə olunub.

Çıxış edən qonaqlar Aqrar Universitetdə olmaqdan məmnun olduqlarını ifadə edərək, burada fəaliyyət göstərən əməkdaş və tələbələrin ingilis dili biliklərinin inkişaf etdirilməsi üçün təkliflər irəli sürüblər.

ABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublarABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublarABŞ-ın Azərbaycandakı səfirliyinin nümayəndələri ADAU-da olublar