"2019-2023 Dövlət Proqramı" doktorantlarının yerli ATM-lərlə görüşü

"2019-2023 Dövlət Proqramı" çərçivəsində xaricdə doktorantura təhsili alan doktorantlarla müvafiq tərəfdaş yerli ali təhsil müəssisələri arasında görüşlər həyata keçirilir. Görüşlər silsilə şəklində 6-10 dekabr 2021-ci il tarixlərində yerli ATM-lər üzrə Dövlət Proqramı İdarəetmə Qrupu tərəfindən təşkil olunacaqdır.

Görüşün məqsədi xaricdə doktorantura təhsili üzrə tədrisin monitorinqi və işəgötürənlərlə əlaqə istiqamətində görülmüş işlərə, eyni zamanda, müqavilə öhdəliklərinin icrasının təmin olunmasına dair müzakirələr aparmaqdan ibarətdir. 09.12.2021-ci il tarixli ilk görüş Bakı Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti və müvafiq 6 doktorantın iştirakı ilə həyata keçirilmişdir.

"2019-2023 Dövlət Proqramı" doktorantlarının yerli ATM-lərlə görüşü