Xocalı soyqırımının otuzuncu ildönümünün keçirilməsi barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№89


Gəncə şəhəri
15.02.2022 il


Xocalı soyqırımının otuzuncu
ildönümünün keçirilməsi barədə

Azərbaycan Respublikasının Təhsil Nazirinin 14.02.2022-ci il F-81 nömrəli Tədbirlər Planına əsasən

Xocalı soyqırımının otuzuncu ildönümünün Universitetdə keçirilməsi məqsədilə

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın ki, 2022-ci il fevralın 25-də Xocalı soyqırımına həsr edilmiş xüsusi dərslər keçirilsin.

2. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə COVİD-19 pandemiyası ilə əlaqədar karantin rejiminin tələbləri nəzərə alınmaqla Xocalı soyqırımı ilə bağlı tədbirlər, ədəbi-bədii kompozisiyalar keçirilsin, əl işlərindən ibarət rəsm sərgiləri təşkil edilsin, sənədli və bədii filmlərin nümayişi keçirilsin, soyqırımın şahidləri, həlak olmuş şəxslərin ailə üzvləri ilə görüşlər təşkil edilsin.

3. Əmr “Aqrar mütəxəssis” qəzetində dərc edilsin.

4. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

5. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor
İbrahim Cəfərov