Valideynlərin nəzərinə!!!

13 dekabr 2021-ci il tarixində ADAU keyfiyyət siyasətinə və 2021-2025-ci illər üzrə inkişaf strategiyasına uyğun olaraq Respublika ali təhsil müəssisələri arasında ilk dəfə olaraq valideyn sorğusu həyata keçirmişdir. Valideynlərin övladlarının ADAU-da aldığı təhsil ilə bağlı fikirlərini öyrənmək, tədris prosesinin təşkilində maraqlı tərəf kimi valideyn-universitet əməkdaşlığını inkişaf etdirmək məqsədi ilə həyata keçirilmiş sorğuda, 800 valideyn iştirak etmişdir.

Sorğu nəticələrinə əsasən valideynlərin 63%-i övladlarının akademik nəticələrinin valideynlərə operativ çatdırılmasını tövsiyə etmişdir. Qeyd olunanları nəzərə alaraq, valideynlərə övladlarının akademik nəticələrinin öyrənilməsi üçün yeni imkan da yaradılmışdır. “ADAU-Valideyn” link vasitəsi ilə valideynlər övladlarının Fərdi İdentifikasiya Nömrəsini (FİN) daxil etməklə, onun akademik nəticələri ilə tanış ola bilər.

http://tnis.adau.edu.az/forparents/fps.php