Universitetdə sentyabrın 27-də Anım Gününün qeyd edilməsi haqqında əmr

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Gəncə şəh. 23 09 2021-ci il

ƏMRDƏN ÇIXARIŞ №494

Universitetdə sentyabrın 27-də Anım
Gününün qeyd edilməsi haqqında


Azərbaycan Respublikasının Prezidentinin 02 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Azərbaycan Dölət Aqrar Universitetində 2021-ci il sentyabrın 27-si Anım günü kimi qeyd edilməsi məqsədilə

ƏMR EDİRƏM:

1. Azərbaycan Dövlət Aqrar Universitetinin professor-müəllim heyətinin Gəncənin Şəhidlər Xiyabanına ziyarəti təşkil edilsin, fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə fakültələrdə 2021-ci il sentyabrın 27-si Anım gününə həsr olunmuş xüsusi toplantılar keçirsinlər, rəsm sərgisi və film nümayiş etdirilməsini təmin etsinlər.

2. Əmr “Aqrar mütəxəssis qəzetində dərc edilsin.

3. 27 sentyabr Azərbaycan Respublikasında Anım günü ilə bağlı məlumatlar ADAU-nun www.adau.edu.az saytında yerləşdirilsin.

4. Ümumi şöbə (V. Hüseynova) əmrin çoxaldılıb aidiyyəti struktur bölmələrə çatdırılmasını təmin etsin.

5. Əmrin icrasına nəzarət tərbiyə işlər üzrə prorektor A. Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor: İbrahim Cəfərov
Əsli ilə düzdür