Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr olunmuş tədbirlərin keçirilməsi barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
№200


Gəncə şəhəri
28.03.2022 il


Əmr edirəm:


Ümummilli lider Heydər Əliyevin anadan
olmasının 99-cu ildönümünə həsr olunmuş
tədbirlərin keçirilməsi barədə


1. Fakültə dekanlarına tapşırılsın ki, ictimai təşkilatlarla birlikdə fakültələrdə 2022-ci aprelin 20-dən mayın 10-dək "Heydər Əliyev Azərbaycan dövlətçiliyinin xilaskarıdır" mövzusunda tədbirlər keçirilsin.

2. Ümummilli lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə dair elmi - praktik konfrans keçirilsin.

3. Fakültələrdə 2022-ci mayın 10-dək dərs məşğələlərinin Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətinə həsr edilsin və film nümayiş etdirilsin.

4. Əmr Universitetin internet səhifəsində yerləşdirilsin.

5. Ümumi şöbə (V.Hüseynova) əmri çoxaldaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin.

6. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A.Qasımovaya həvalə edilsin.

ƏSAS: tərbiyə işləri üzrə prorektor A.Qasımovanın təqdimatı.

Rektor
İbrahim Cəfərov