Ümummilli Lider Heydər Əliyevin anım gününün qeyd olunması barədə ƏMR

AZƏRBAYCAN RESPUBLİKASININ KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ
AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ
ƏMR
MİHO/1.2.15-3.1-2022-1189


Gəncə şəhəri
7.12.2022 il


Ümumilli Lider Heydər Əliyevin anım gününün qeyd olunması barədə


Tarixə müstəqil Azərbaycan dövlətinin qurucusu, dahi siyasətçi və böyük şəxsiyyət kimi daxil olan Azərbaycan dövlətçiliyinin siyasi, ideoloji, iqtisadi əsaslarını yaratmış, xalqı müstəqil, güclü dövlətə sahib olmaq arzusuna qovuşdurmuş və çağdaş tariximizdə əbədiyaşarlıq qazanaraq sağlığında canlı əfsanəyə çevrilmiş dahi Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününün universitetdə qeyd olunması məqsədilə

ƏMR EDİRƏM:


1. Fakültə dekanlarına tapşırılsın:

1.1 9 dekabr 2022-ci il tarixdə keçiriləcək ilk dərs saatları Ulu Öndər Heydər Əliyevə həsr edilsin;

1.2. İctimai təşkilatlarla birlikdə professor-müəllim heyəti və tələbələrin Ulu Öndərin abidəsinə ziyarəti təşkil edilsin;

1.3. 8-9 dekabr 2022-ci il tarixdə universitetin bütün fakültələrində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı olaraq tədbirlər, toplantılar keçirilsin, həyat və yaradıcılığına dair filmlər nümayiş etdirilsin.

2. Əmr ADAU-nun www.adau.edu.az internet səhifəsində yerləşdirilsin.

3. Ümumi şöbə (V.Hüseynova) əmrin çoxaldılaraq müvafiq struktur bölmələrə göndərilməsini təmin etsin. Əmrin icrasına nəzarət tərbiyə işləri üzrə prorektor A. Qasımovaya həvalə edilsin.

4. Əsas: Tərbiyə işləri üzrə prorektor A. Qasımovanın təhriri məruzəsi.