TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR III BEYNƏLXALQ FORUMU

5 noyabr Təhsildə Yeni Çağırışlar III Beynəlxalq Forumu keçiriləcək. Beynəlxalq forumda dünyanın ən tanınmış təhsil mütəxəssisləri çıxış edəcəklər.

İştirak ödənişsizdir. Arzu edənlərə beynəlxalq sertifikat veriləcək. Qeydiyyat üçün müvafiq linkə keçid edə bilərsiniz: https://bit.ly/3KJjaGh

Beynəlxalq sertifikat üzrə qeydiyyatdan keçməyiniz tövsiyə olunur. Beynəlxalq sertifikat Elm və Təhsil Nazirliyi, İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) və digər qurumların tərəfdaşlığı ilə keçirilən Beynəlxalq Forumda iştirakınızı təsdiqləyən və inkişafa maraqlı olduğunuzu göstərən sənəddir.

Məlumat üçün bildirək ki, Beynəlxalq sertifikatlı qeydiyyat üçün yerlər məhduddur. Çıxışlar Azərbaycan dilində tərcümə olunacaq.

Beynəlxalq Forum barədə ətraflı məlumat: https://edu.gov.az/az/news-and-updates/18975-1


TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR III BEYNƏLXALQ FORUMU
TƏHSİLDƏ YENİ ÇAĞIRIŞLAR III BEYNƏLXALQ FORUMU