Süni İntellekt vasitəsilə büdcə proqnozlaşdırılması onlayn seminar

Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) Maliyyə və iqtisadi nəzəriyyə kafedrası, Azərbaycan Kooperasiya Universiteti (AKU) Maliyyə kafedrası və Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) İslam maliyyə tədqiqat mərkəzi Müasir maliyyə problemləri üzrə daimi fəaliyyət göstərən (aylıq) Elmi seminar keçirir.

İlk seminar Süni intellekt vasitəsilə büdcə proqnozlaşdırılması mövzusuna həsr olunub. Dünya miqyasında ilk dəfə müzakirəyə çıxarılan problem, olduqca maraqlı və aktual məsələlər müzakirə olunacaq. İlk dəfə büdcə və milli iqtisadiyyatın proqnozlaşdırılmasının insan iştirakı olmadan yalnız süni intellekt vasitəsi ilə həyata keçirilməsi konsepsiyası baxılacaq.

Maraqlanan alimlər, müəllimlər, mütəxəssislər, tələbələr, millət vəkilləri - hər kəs dəvətlidir.

Seminara qoşulmaq üçün linkə daxil olun: https://bit.ly/3w8Z7tu

Süni İntellekt vasitəsilə büdcə proqnozlaşdırılması  onlayn  seminar