İstedadlı tələbələrin təhsil haqqının ödənilməsi üzrə müsabiqəyə start verilir!

Müsabiqəyə 2021-2022, 2022-2023-cü tədris illəri üzrə dövlət ali və orta-ixtisas təhsili müəssisələrinin bakalavriat və magistratura səviyyələrində (əyani və qiyabi) təhsil alan gənc tələbələr müraciət edə bilərlər. Müsabiqədə ali təhsil müəssisələrinin və Tələbə Gənclər Təşkilatlarının rəyi nəzərə alınacaqdır.

Gəncləri müsabiqədə fəal iştirak etməyə və dövlət tərəfindən yaradılmış bu müstəsna imkandan yararlanmağa dəvət edirik!

Müsabiqədə iştirak etmək istəyən gənclər Fondun rəsmi internet səhifəsindən (https://youthfoundation.az/?p=140034) və @genc_app mobil tətbiqindən qeydiyyatdan keçib elektron xidmətlər bölməsində yerləşdirilmiş müvafiq ərizə formasını dolduraraq sayt üzərindən Fonda göndərməlidirlər.

Son müraciət tarixi: 01 noyabr 2022-ci il saat 18:00-dək.