Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclərin nəzərinə!

"İnnovasiyalar Mərkəzi" tərəfindən həyata keçirilən “Gələcək üçün bacarıqlar” layihəsinin "Tusi(2C)" İnkubasiya proqramına qeydiyyat elan olunur.
Ümumilikdə 6 aylıq dövrü əhatə edəcək proqramda sizi nələr gözləyir?
- Bir sıra təlimlər
- Xarici və yerli ekspert görüşləri
- Layihələrin işlənilməsi
- Sahələr üzrə səfərlər
- Müxtəlif “camp”lər
- “Pitch Day”
- və son olaraq 3 qalib layihənin maliyyələşdirilməsinə dəstək!

İdeya və ya hazır komandanız yoxdursa təəssüflənməyin, innovasiyaya həvəsli olmaq kifayətdir.
Bütün universitet tələbələri və məzunları proqramda iştirak edə bilərlər.
Proqram onlayn şəkildə keçiriləcək.
Əgər siz də təşəbbüskar, özünə güvənən və gələcəyini bu sahədə görən gəncsinizsə, elə indi qeydiyyatdan keçin!
Qeydiyyat üçün link: https://forms.gle/6EEki5oTcHZBgD9Z6
Son müraciət tarixi: 15 dekabr 2022-ci il


Startap yaratmağa və innovativ yeniliklər etməyə hazır olan gənclərin nəzərinə!