İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul elan edir

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Yay Təcrübə Proqramına qəbul

ELAN EDİR


Yay Təcrübə Proqramının müddəti 2 ay olmaqla 1 iyul 2022-ci il tarixdən 2 sentyabr 2022-ci il tarixədək davam edəcək.

Təcrübə proqramının üstünlükləri:

• Tələbələr üçün nəzəri biliklərini praktikada tətbiq etmək və dövlət vergi orqanlarının işi ilə tanış olmaq imkanının yaradılması;

• Təlim və seminarlarda iştirak;

• Təcrübə keçən tələbələrə sertifikatın verilməsi;

• Təcrübə proqramını uğurla tamamladıqda Dövlət Vergi Xidmətində daimi işə qəbul olunma imkanı.

Proqramda iştirak etmək üçün namizədlərə qoyulan tələblər:

• Azərbaycan Respublikasının vətəndaşı olmalı;

• 3-cü və ya 4-cü kurs bakalavriat pilləsində, 1-ci və ya 2-ci kurs magistratura pilləsində iqtisadiyyat, idarəetmə və ya informasiya texnologiyaları ixtisas istiqamətləri üzrə təhsil almalı;

• Cari tədris ilinin son semestri üzrə Ümumi Orta Müvəffəqiyyət Göstəricisi 85 baldan yuxarı olmalıdır.

Proqramda iştirak etmək üçün sənəd qəbulu tecrube@taxes.gov.az elektron poçt ünvanı vasitəsilə 28.03.2022-ci il saat 09:00-dan 30.04.2022-ci il saat 23:59-dək həyata keçiriləcək. Müraciətlər göndərilərkən (mövzu hissəsində “Yay Təcrübə Proqramı” qeyd etməklə) şəxsiyyət vəsiqəsi, tələbə bileti, akademik transkript və istək (motivasiya) məktubu mütləq qaydada fayl şəklində məktuba əlavə olunmalıdır.

Ətraflı məlumat üçün akademik məsləhətçilərə (tyutorlara) müraciət edə bilərsiniz.