Professor-müəllim heyəti və tələbələr üçün ingilis dilində danışıq kursları keçiriləcək

Amerika Birləşmiş Ştatları (ABŞ) Dövlət Departamenti tərəfindən həyata keçirilən Fulbright proqramı çərçivəsində Beyza Yazıcı Vaşinqtondan Azərbaycan Dövlət Aqrar Universitetinə (ADAU) gəlib.

2022-2023-cü tədris ili boyunca ADAU-da olacaq B.Yazıcı burada professor-müəllim heyəti və tələbələr üçün ingilis dilində danışıq kursları təşkil edəcək. Kurs sessiyalarının əsas məqsədi tədris ili boyunca ingilis dilini öyrətmək, tələbələri və müəllimləri Amerika mədəniyyəti ilə tanış etməkdir.

Əlaqələndirici şəxs: Nizami Məmmədov (TGT sədri)

Əlaqə tel: +99499 799 18 88