Növbəti tədris ilini Fransada davam etdirmək istəyən tələbələrin nəzərinə

Azərbaycanlı tələbələrin 2022/2023-cü tədris ilində Fransa universitetlərinə qəbul olması üçün bütün müraciətləri "Etudes en France" elektron platforması vasitəsilə aparılır.

Müraciətlər tez bir zamanda aşağıda qeyd olunan platformaya göndərilməlidir:

https://pastel.diplomatie.gouv.fr/etudesenfrance/dyn/public/authentification/login.html

Müraciət üçün son tarixlər: 15 dekabr 2021-ci il tarixinədək bakalavrın birinci kursuna qeydiyyatla bağlı ilkin qəbul müraciətləri;

1 yanvar 2022-ci il tarixinədək bütün digər müraciətlər üçün (bakalavrın 2-ci kursundan magistratura pilləsinin sonuncu kursunadək və doktorantura müraciətləri);

Prosedur ödənişlidir və qeydiyyat haqqı hər tələbəyə görə 100 AZN təşkil edir.

Prosedurun izahlı təlimatı : https://bit.ly/3FuXj1C