"İnnovasiyalar, səmərəlilik və davamlılıq" mövzusunda 2-4 noyabr tarixlərində qlobal konfrans keçiriləcək

Burada qeydiyyatdan keçin


BMT-nin Ərzaq və kənd təsərrüfatı Təşkilatı (FAO) Davamlı bitkiçilik üzrə "İnnovasiyalar, səmərəlilik və davamlılıq" mövzusunda 2-4 noyabr 2022-ci il tarixlərində qlobal konfrans təşkil edir. Konfransın ümumi məqsədi davamlı bitkiçiliyin FAO-nun 2022-31-ci illər üzrə Davamlı İnkişaf Məqsədlərinə nail olmaq üçün strateji proqramının həyata keçirilməsinə verdiyi töhfələr haqqında xəbərdarlığı artırmaqdır.

Qlobal konfrans FAO üzvləri, fermerlər, alimlər, agentliklər, vətəndaş cəmiyyəti üzvləri üçün neytral forum olacaq biotik və abiotik stresslərə, iqlim dəyişikliyinə və təbii fəlakətlərə davamlı effektiv bitkiçilik sistemləri yaradan məqsədyönlü innovasiya məsələlərinə istiqamətlənən dialoqlar özəl sektorun liderləri üçün neytral bir forum kimi xidmət edəcək.

Konfrans Roma FAO qərargahında və ZOOM vasitəsilə hibrid (virtual/fiziki) görüş şəklində keçiriləcək.

FAO üzvləri və maraqlı tərəflər iştirak etməyə dəvət olunurlar.

Ətraflı məlumat üçün konfransın veb-saytına müraciət edin: https://www.fao.org/events/detail/global-conference-on-sustainable-plant-production/en

Sinxron tərcümə plenar iclaslarda FAO-nun rəsmi dillərində təmin ediləcək.

Əlaqə: GPC-Secretariat@fao.org


"İnnovasiyalar, səmərəlilik və davamlılıq" mövzusunda 2-4 noyabr tarixlərində qlobal konfrans keçiriləcək