Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il dekabrın 13-dək doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir

Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası Rəyasət Heyətinin “Fəlsəfə doktoru imtahanlarının keçirilmə Qaydası” haqqında 2020-ci il 29 sentyabr tarixli qərarına əsasən Dövlət İmtahan Mərkəzi (DİM) 2021-ci il dekabrın 13-dək doktorantura və dissertanturada təhsil alan və ya təhsilini bitirmiş iddiaçıların xarici dil üzrə fəlsəfə doktoru imtahanlarında iştirak etmələri üçün qeydiyyat elan edir.

İmtahanda iştirak etmək istəyən iddiaçılar aşağıdakı linkə daxil olaraq "Şəxsi kabinet" yaratmalı və qeydiyyatdan keçməlidirlər.

http://ekabinet.dim.gov.az